"Qarabağ"ın yeni hücumçu gətirəcəyi gözlənilirdi. Lakin bunu həyata keçirmək mümkün olmadı. Bir çox müsahibələrimdə demişəm ki, istənilən transferin azarkeşlərə görünməyən tərəfləri var". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsini belə dəyərləndirib:

"Çempionlar Liqasının liqa mərhələsinə düşürsənsə, normalda qiyməti 10 manata olan oyunçu, avtomatik 50-100 manata qalxır. Menecerlər bilirlər ki, ÇL-ə düşdünsə, müəyyən məbləğ əldə etmiş olursan. "Qarabağ"ın maliyyəsi o qədər də çox deyil ki, 10 manata olan oyunçunu 100 manata ala bilsin. Digər tərəfdən isə, futbolçunun da razılığını almaq məsələsi var. Yüksək keyfiyyətə malik oyunçunu Azərbaycana gətirmək çox çətindir. Bundan başqa ailə də futbolçunu dəstəkləməlidir. Xaricdə bizim kimi deyil. O, bizdə sön sözü kişi deyir. O deyirsə, gedirik, xanımı da razılaşıb gəlir. Orda fərqli mentallıqdır. Bəzən qərarda həyat yoldaşlarının sözü həlledici olur. Bunları bilmədən "Qarabağ"ı tənqid etməyin yeri yoxdur. Liqa mərhələsinə düşmədən bahalı futbolçu transfer etmək də riskli olardı. "Ferentsvaroş"la oyunu götürək. "Qarabağ" heç də rahat Liqa mərhələsinə yüksəlmədi. Ağdamlıların kifayət qədər futbolçusu var. Tək hücumla iş bitmir, müdafiəyəyə də diqqət ayırmaq lazımdır. Ağdam klubu Liqa mərhələsinə müdafiəçilərin yox, hücumçuların sayəsində yüksəldi. Qarşıdakı oyunlarda Musanın, Nərimanın nəyə qadir olduğunu görəcəyik. Bakıda oynayacağımız matçlarda xal və ya xallar almaq iqtidarındayıq".

Qeyd edək ki, "Qarabağ" ÇL-də ilk matçını sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı keçirəcək.