"Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasov cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna 32 yaşlı futbolçunun Misli Premyer Liqasının 32-ci turunda "Səbail"lə oyunda (1:1) sarı vərəqə alması səbəb olub. 

 

Cari mövsüm dördüncü dəfə bu halla üzləşən Abbasov 33-cu turda "Sabah"la matçda komandasına kömək edə bilməyəcək. 

 

Qeyd edək ki, mayın 3-də keçiriləcək "Araz-Naxçıvan" - "Sabah" oyunu saat 19:30-da başlayacaq. Urfan Abbasov cari mövsüm Premyer Liqada 31, ölkə kubokunda 5 matçda meydanda olub.