"Karvan"ın futbolçusu İbrahim Qədirzadənin Sport24.az-a müsahibəsi 

 

- "Karvan" 16 ildən sonra elitaya qayıdır. Bu barədə nə deyə bilərsən? 

- Həqiqətən çox xoş hissdir. Premyer Liqaya yüksəldiyimiz üçün sevincliyik. Azarkeşlərimiz buna layiqdir. Onları da təbrik edirəm. 

 

- Səncə, Yevlax təmsilçisinin ilk mövsümdə Premyer Liqada hədəfi nə olacaq?

- Komanda illərdir əsas çempionatdan uzaq düşmüşdü. Bildiyiniz kimi birillik möhlət verilib. Məncə, "Karvan" qıraqda oynasa çətin olacaq. Yevlaxda, fanatlarımızın önündə mübarizə aparsaq, daha yuxarı pillələrdə ola bilərik.

 

- Hazırda "İmişli" ilə bir xallıq fərqiniz var. Gümüş medallar üçün mübarizə aparacağınızı demək olarmı?

- Əlbəttə. Mübarizə artıq bu rəqiblə bizim aramızda gedəcək. Qarşıda dörd oyun var. Bu matçlarda qələbə qazanmağa çalışacağıq. Bir xallıq fərqi aradan qaldırmaq və ikinci yeri tutmaq istəyirik. 

 

- Növbəti turda çempionluğunu rəsmiləşdirən Qəbələ ilə üz-üzə gələcəksiniz. Bu oyun haqqında nə deyə bilərsən?

- "Qəbələ"ni çempionluq münasibəti ilə təbrik edirəm. Hər matçda olduğu kimi bu dəfə də meydana qələbə üçün çıxacağıq. Azarkeşlərimizin önündə oynayacağıq. İnşallah onları qalibiyyətlə sevindirmək niyyətindəyik. 

 

- Premyer Liqa təcrübənin olduğunu nəzərə alsaq, heyətdə qalacağını düşünürsənmi? Klubdan sənə yeni müqavilə təklifi olubmu?

- Hələlik yeni sözləşmə təklif olunmayıb. Düşünürəm ki, bu, qarşıdakı günlərdə, mövsüm bitəndə olacaq. Daha əvvəl də söyləmişəm. Etimad göstərsələr, özümü yüksək dəstədə oynayacaq gücdə görürəm.