"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Rubin" klubunun qonağı olub. Sport24.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının XXVI turunda keçirilən "Rubin" - "Fakel" oyununda "Ak Bars Arena"da adına verilən sektorun açılışında iştirak edib.
Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.
Ona "Rubin"in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.