"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"u Premyer Liqadakı çempionluq münasibətilə təbrik edib. Sport24.az xəbər verir ki, mütəxəssis bununla bağlı "Sky Sport"a açıqlamasında deyib:

 

"Liverpul"u təbrik edirəm. Onlar buna layiqdir, şübhəm yoxdur. Möhtəşəm komandadırlar. Ümid edirəm ki, gələn mövsüm biz də sona kimi çempionluq üçün mübarizə apara biləcəyik".

 

"Liverpul" 34-cü turda "Tottenhem"ə qalib gəlməklə (5:1) sona 4 tur qalmış çempionluğu rəsmiləşdirib.