"Liverpul"un hücumçusu Məhəmməd Salah "Tottenhem"ə qalib (5:1) gəldikləri oyunda 185-ci qolunu vurub. Sport24.az xəbər verir ki, misirli forvard bu nəticə ilə "Mançester Siti"nin sabiq futbolçusu Serxio Aqüeronu geridə qoyaraq, Premyer Liqa tarixində ən çox qol vuran əcnəbi oyunçu olub.

 

Salah Premyer Liqada bütün zamanların bombardirləri siyahısında beşincidir. O, Endi Koul (187 qol), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirerdən (260) geri qalır.