"Neftçi" sabiq futbolçusu Anatoli Banişevskinin adını əbədiləşdirməyə davam edir. Sport24.az xəbər verir ki, bu gündən etibarən "Neftçi"nin ev oyunlarını keçirdiyi "Palms Sports Arena"nın ən böyük tribunalarından biri – "Cənub" tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasından 80 il ötən Anatoli Banişevskinin adını daşıyacaq.

 

Bununla "Neftçi"  əfsanəvi "9 nömrə"nin adının əbədiləşdirilməsi yolunda növbəti addımı atıb.