Almaniya ikinci bundesliqa təmsilçisi "Nürnberq" Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə danışıqlar apardığını təsdiqləyib. Sport24.az xəbər verir ki, bu haqda klubun idman direktoru Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında deyib.
"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik".
Qəzetin yazdığına görə, Emreli bazar ertəsi günü Nürnberqdə komandanın düşərgəsində olub. Amma o, sonradan müqavilə bağlamadan geri qayıdıb. O da qeyd olunub ki, "Nürnberq" yekun qərar verməzdən əvvəl Mahir ilə əlavə müzakirələr və araşdırmalar aparmaq fikrindədir.