Azərbaycan İdman Jurnalistləri Feerasiyası bəyanat yayıb. Sport24.az xəbər verir ki, bu, milli komandamızın italiyalı baş məşqçisi Canni de Byazinin idman jurnalistlərinə ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlıdı: "Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Belçika yığmasına 0:5 hesablı məğlubiyyətlə bitən Avropa çempionatının seçmə oyunundan sonra idman jurnalistlərinə qarşı qeyri-etik davranışa yol verib.

İtaliyalı mütəxəssis xarici medianın da qatıldığı mətbuat konfransında azərbaycanlı həmkarlarımızı "axmaq" adlandıraraq, onlara qarşı hörmətsizcəsinə tədbir zalını tərk edib.

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi olaraq, bu addımı qətiyyətlə pisləyir, De Byazinin Azərbaycan idman mediasından üzr istəməsini tələb edirik".