"Çox çətin qrupda yer almışıq. Üstəlik, ilk iki oyunun səfərdə olması bunu bir az da çətinləşdirir".  Bu sözləri Sport24.az-a açıqlamasında PRO kateqoriyalı məşqçi Aftandil Hacıyev deyib.

Təcrübəli mütəxəssis milli komandanın AVRO-2024-ün seçmə mərhələsində iştirak üçün dəvət edilmiş futbolçular və rəqiblər haqda danışıb: "Millinin son beş görüşdə qələbə qazanması hamımızı ümidləndirib. İnanırıq ki, seçmə mərhələdə yığma layiqli oyunla yaxşı nəticələr qazanacaq. Düşünürəm ki, siyahıda az dəyişiklik edilib. Daha öncə çağırılan, amma klubunda son oyunlarda çıxış etməyən futbolçular dəvət edilməyib. Görünən odur ki, Canni de Byazi böyük dəyişikliyə getməyib. Baş məşqçi bu futbolçulara inandığı üçün böyük dəyişiklik etməyib. İnanıram ki, qələbələrin ardı gələcək. çünki hər birimiz bunu istəyirik. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, milli komanda bu gün səfərdə Avstriya, martın 27-də isə İsveç yığması ilə qarşılaşacaq.

 

 

KAMAL RZA