AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, assosiasiya rəsmisi qadın futbolçular arasında Avropa Kubokunun I təsnifat mərhələsinin "Ayaks" (Niderland) - "Şturm Qrats" (Avstriya) matçında UEFA nümayəndəsi olacaq.
Sentyabrın 11-də Duyvendrext şəhərindəki "De Toekomst" İdman Kompleksində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Qarşılaşmanı Milika Milovanoviçin rəhbərliyi altında serbiyalı hakimlər briqadası idarə edəcək.