Azərbaycan Premyer Liqasının növbəti turunda "Kəpəz"lə qarşılacaq "Araz-Naxçıvan" hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədə səbəbindən oyunlarda iştirak etməyən Ramon Maçado fərdi məşqlərə başlayıb.

 

O, fiziki hazırlıq üzrə məşqçi Teodor Terziyevin rəhbərliyi altında tapşırıqları yerinə yetirir.

 

Qeyd edək ki, "Kəpəz" – "Araz-Naxçıvan" oyunu sentyabrın 12-də, saat 17:45-də, Qəbələ şəhər stadionunda keçiriləcək.