Azərbaycan U-19 milli komandası Sloveniyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində "Slovenia Nations Cup"da  növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, komandamız polşalı həmyaşıdları ilə üz-üzə gəlib.

 

Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv rəqibinə 0:6 hesabı ilə uduzub. 

 

Qeyd edək ki, millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.