"Beşiktaş" Matvey Kislyak üçün ÇSKA-ya 10 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, təklif 10 milyon avro olub və futbolçunun sonrakı satışından əldə olunan gəlirin də payı nəzərdə tutulub. 

 

Kislyak İstanbul klubuna keçmək istədiyini klubuna bildirib. Lakin yay "transfer pəncərəsi" bağlanana qədər ÇSKA ona əvəzləyici tapmamaqdan ehtiyat etdiyi üçün transferi hələ də təsdiq etməyib. Eyni zamanda klublar arasında danışıqlar da davam edir.

 

20 yaşlı yarımmüdafiəçinin ÇSKA ilə müqavilə müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir. O, ÇSKA-nın yetirməsi hesab edilir. Əsas komandanın heyətində müxtəlif turnirlərdə 53 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. 

 

Əlavə edək ki, sentyabrın 11-dən 12-nə keçən gecə Rusiya Premyer Liqasında transfer pəncərəsi bağlanacaq.