Domeniko Tedesko tezliklə "Fənərbaxça"nın "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə Türkiyə klubu alman-italya mənşəli məşqçi ilə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

 

Qeyd edək ki, 39 yaşlı mütəxəssisin son iş yeri Belçika millisi olub.