"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri bəlli olub. Sport24.az xəbər verir ki, italyalı mütəxəssis Albaniyaya üz tutub. 60 yaşlı çalışdırıcı "Tirana"nın baş məşqçisi təyin olunub.

 

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Bordinlə anlaşmanın detalları hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, Bordin 2018-ci il iyunundan 2020-ci il yanvarına qədər "Neftçi"nin baş məşqçisi olub. O, son olaraq İtaliyanın D Seriyası klubu "Kaldiero"nun "sükanı arxasında" olub.