Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Sport24.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, tədbir sentyabrın 17-də "Holiday INN" otelində baş tutacaq.
Mərasim saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/2026 mövsümündə 34 komanda iştirak edəcək.