AFFA-nın Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek UEFA tərəfindən təyinat alıb.
Sport24.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionda keçiriləcək PSV (Eyndhoven, Niderland) – “Monako” (Fransa) oyununun hakim-inspektoru olacaq.