Nicat Abasov Torontoda keçirilən İddiaçılar Turnirində növbəti məğlubiyyətini alıb. Sport24.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XII turda üz-üzə gəldiyi hindistanlı Dommaracu Qukeşə uduzub - 0:1.

 

Abasov ağ fiqurlarla oynayıb. 

 

Qeyd edək ki, şahmatçımız hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Qukeş isə xallarının sayını 7,5-ə çatdırmaqla, 1-3-cü yerləri bölüşdürür.