"Liverpul"un hücumçusu Məhəmməd Salah növbəti mövsüm də komandada qala bilər.

Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları 31 yaşlı misirli futbolçunu yalnız özü "Liverpul"dan ayrılmaq istədiyini elan etdiyi halda almağa çalışacaqlar.

Salahın İngiltərə klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Əvvəllər bildirilmişdi ki, forvard razılaşmasının sonuna qədər komandada qalmaq niyyətindədir. Ona görə də, hazırda onun Səudiyyə Ərəbistanına transferi mümkünsüz hesab olunur.