"Bizi çətin qarşılaşma gözləyəcəyini öncədən bilirdik. Rəqib çempionluğa iddialı komandalardandı. İlk dəqiqələrdən bizi təzyiq altlnda saxladılar. Buna baxmayaraq, ehtiyatı əldə vermədik və şansımızı gözlədik. Nəticədə əlimizə düşən qol imkanını boşa verməyib qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib.


47 yaşlı mütəxəssis saytımıza açıqlamasında qarşıdakı oyunlara da ciddi hazırlaşıb meydana yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb: "Bu mövsüm qarşımıza çempionluq hədəfi qoymuşduq. Amma bir neçə vacib oyunlarda büdrədik. Həmçinin bəzi aparıcı oyunçularım sıradan çıxdı. Bu gün "İmişli"yə qarşı yaxşı mübarizə apardıq. İmicimizi qorumaq üçün oynadıq. Qarşıdakı matçlarada eyni motivasiyayla çıxıb qələbələr qazanmaq istəyirik. Artıq çempionluq şansımızı itirsək də sona kimi xarakterimizi göstərməliyik".

 

Qeyd edək ki, XXIV turdan sonra hesabında 38 xal olan Yevlax təmsilçisi turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb


ABDULLA İSMAYILOĞLU