Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Conatan Batonun yeni komandası məlum olub. Sport24.az xəbər verir ki, braziliyalı futzalçı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

 

O, "Əl-İttihad"la bir illik müqavilə imzalayıb.  Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Baton son olaraq Braziliyada "Sport Resife" klubunda oynayıb.

 

Qeyd edək ki, Conatan Baton 2022-ci ildə Azərbaycan millisində çıxış edib.