"İlk dəfədir "Prezident Kuboku" reqatasında iştirak edirəm".

Sport24.az xəbər verir ki, bunu "Prezident kuboku-2024" beynəlxalq reqatasının ilk günündə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 m məsafəyə kayak yarışında gümüş medal qazanan Naci Oğuzhan Baydemir deyib.

Türkiyəli idmançı bildirib ki, hava şəraiti ilə bağlı bir qədər çətinlik yaşansa da, yarış çox həyəcanlı və maraqlı keçib: "Rəqib məndən daha tez başladığı üçün salisə fərqi ilə qızıl medalı əldən verdim. Mənim ikinci olduğum yarışda azərbaycanlı qardaşımız Amil Ramazanovu bürünc medal qazanması münasibətilə təbrik edirəm. Təbii ki, hədəfim 1000 m mübarizədə birinci olmaqdır".

Qeyd edək ki, yarış mayın 3-də başa çatacaq.