"Böyük Dəbilqə" turnirlərinin 22 qat qalibi olan ispaniyalı tennisçi Rafael Nadal "Roland Garros-2024"də iştirak edəcək. Sport24.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli idmançı gələn həftə Fransaya gedəcək.

 

Nadal  Romada təşkil olunan "Masters" turnirinin II raundunda polşalı Hubert Hurkaça uduzub. O, bu məğlubiyyətdən sonra "Roland Garros-2024"ə qatılacağına şübhə edirdi.

 

Qeyd edək ki, yarış 26 may - 9 iyun aralığında keçiriləcək.