Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun Xaçmazda keçirilib.

 

Yerli "NTD-İndiqo" "Xırdalan"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Rəqibini 84:77 hesabı ilə məğlub edən "Xırdalan" xallarının sayını 23-ə yüksəldib. Xaçmazlılar turnir cədvəlinin 5-ci pilləsində qərarlaşırlar. Hesabında 24 xal olan "NTD-İndiqo" isə "Neftçi" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.

 

Qarşılaşmanın ən məhsuldar basketbolçuları "NTD-İndiqo"dan Əkbər Məmmədov (17 xal, 11 ribaund), "Xırdalan"dan isə Teyvion Körk (18 xal, 8 ribaund) olub.