MBA-da çıxış edən “Los Anceles Klippers” klubu Rassell Uestbrukun keçidini elan edib. Sport24.az xəbər verir ki, 34 yaşlı amerikalı basketbolçu Kaliforniya klubuna azad agent statusu ilə keçib.

Xatırladaq ki, Uestbruk fevralın əvvəlində treyd nəticəsində “Leykers”dən “Yuta”a göndərilmişdi. Amma ulduz basketbolçu Solt-Leyk Siti klubunda oynamaqdan imtina etmişdi. Nəticədə Rassell transfer xərcini qarşılayaraq Los Ancelesin digər komandası “Klippers”ə keçib.

Mətbuata açıqlama verən Rassel yeni macəraya hazır olduğunu söyləyib: “Klippers”k keçdiyimə görə şadam. Yenidən meydana çıxacağıma görə şadam. Basketbol oynamağı çox sevirəm. Təkcə oynamaq yox, meydandan keçirdiyim dəqiqələrdən də həzz almaq istəyirəm”.

Xatırladaq ki, Uestbruk cari mövsüm keçirdiyi 52 oyunda 15,9 xal, 6,2 ribaund və 7,5 məhsuldar ötürmə ilə diqqət çəkib.