Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman vəfat edib. Sport24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı idmançını avtomobil vurub.

 

Qeyd edək ki, karyerası ərzində "Fənərbağça", "Beşiktaş" kimi klubların şərəfini qoruyan Karaman son mövsümü "Çayırova Belediye"sinin heyətində keçirib. O, ilk dəfə 2013-cü ildə Türkiyənin əsas millisinin formasını geyinib.