Azərbaycan Basketbol Liqasında (ABL) 2023/24-cü illər mövsümündə iştirak edəcək son iki klubun loqoları və adları müəyyənləşib. Sport24.az xəbər verir ki, bu basketbol klubları, Bakı "Xəzri"si və Sumqayıtın eyni adlı komandasıdı.
Qeyd edək ki, bu klublarla yanaşı, daha səkkiz kollektiv də ölkə çempionatında mübarizə aparacaq. Onlar "Sabah", "Sərhədçi", "Şəki", NTD, "Cəlilabad", "Neftçi", "Xırdalan", "Gəncə" komandalarıdı.