"Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib. Qarşılaşma "Sabah"ın 81:74 hesablı qələbəsi ilə başa çatıb.

Təmsilçimiz müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

Xatırladaq ki, bu qrupda həmçinin Türkiyənin "Bahçeşeher" və Alnaniyanın "Nimburk" klubları da yer alıb.