MBA-da çıxış edən “Memfis Qrizzlis”in ulduz basketbolçusu Ca Morant gecə klubunda silah nümayiş etdirdiyinə görə 8 oyunluq diskvalifikasiya müddətini başa vursa da, hələ də tənqid atəşinə tuş gəlir. Sport24.az xəbər verir ki, onun cəzasının çox yüngül olduğunu iddia edənlər də var.

MBA-nın sabiq basketbolçularından olan Cey Uilyams liqa rəhbərliyini liberal qərar qəbul etdiyinə görə tənqid atəşinə tutub: “MBA Moranta qarşı humanistlik etdi və bununla da böyük boşluq buraxdı. Belə oyunçunu mövsümün sonuna qədər yarışlardan kənarlaşdırmaq lazım idi. Üstəlik, maaşını da ödəməməli idilə. Lap dediyim cəzaya məruz qalsaydı da belə, ancaq məsləhətləşmələrdən sonra qayıdışına icazə verilməli idi”.