Basketbol üzrə kişilər arasında Azərbaycan çempionatında final mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, əvvəlcə üçüncülük üçün mübarizə aparan "Dərviş" və "Marşallar" komandaları qarşılaşıb. 98-73 hesabı ilə qalib gələn birincilər seriyada önə keçib. Çempionluq görüşündə mübarizədə isə ilk görüşü "NTD" aktiivinə yazıb: NTD 66 - 57 "80-lər".

Qeyd edək ki, qaliblər bir komandanın iki qələbəsindən sonra müəyyən olunacaq. Yəni, növbəti oyunlarda "Dərviş" və NTD qələbə qazanarsa, müvafiq mükafatlara yiyələnəcək. Əks halda üçüncü oyuna ehtiyac duyulacaq.