Bu gün basketbol üzrə Azərbaycan kubokunda B qrupunda II turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında ölkə çempionu "Sabah" "Şəki"ni sınağa çəkib.

Oyun çempionun 103:82 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər matçda birinci oyunlarını qələbə ilə başa vuran NTD-İNDİQO ilə "Sərhədçi" üz-üzə gəliblər. Xaçmaz basketbolçuları 34 xal fəqri ilə qalib gəliblər.

Qeyd edək ki, hər 2 oyun "Sərhədçi" İdman Mərkəzində baş tutub.

Azərbaycan kuboku
2 mart
B qrupu, II tur

16:30. "Sabah" – "Şəki" - 103:82 (26:16, 37:18, 26:19, 14:29)
19:30. NTD-İNDİQO - "Sərhədçi" - 104:70 (33:16, 25:9, 22:24, 24:21)