Misir milli komandasının və "Əl-Əhli"nin futbolçusu Emam Aşur karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Sport24.az xəbər verir ki, 28 yaşlı futbolçu "Qalatasaray"ın transfer siyahısında yer alıb.

 

Türkiyə çempionu misirlinin transferi üçün hərəkətə keçib. Onun "Əl-Əhli" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. 

"Seltik", "Derbi", "Kolambus Kryu", "Vest Hem" klublarının da transfer etmək istədiyi Aşurun Türkiyəyə yollanmaq niyyətində olduğu bildirilir. Misir millisinin üzvü "El Mahalla", "Harras Hodud", "Zəmələk"(hamısı Misir), "Midtülland"(Danimarka) klublarında çıxış edib.