"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşıb.

 

Lendava stadionunda keçirilən matç Xorvatiya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Xatırladaq ki,Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0:1, Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3:0 hesabı ilə qalib gəlib.