Azərbaycanın gənclərdən ibarət basketbol yığmasının üzvü Hüseyn Qaflanov İspaniyada baxışdadır.

Sport24.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc idmançı qurumun dəstəyi ilə İspaniyanın "Valensiya Basket" klubuna yoxlanışa gedib.

İspanyalı seleksionerlərin diqqətini cəlb edən 14 yaşlı, 2.06 m boya malik olan yeniyetmə Hüseyn hazırda klubun təlim-məşq toplanışında iştirak edir.