Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda iki matça çıxacaq. Sport24.az xəbər verir ki, A qrupunda yer alan komandamız günün ilk görüşündə Madaqaskar millisi ilə qarşılaşacaq.

 

Bu oyunun start fiti Bakı vaxtı ilə saat 19:05-də səslənəcək. 

 

Təmsilçimiz ikinci qarşılamada isə Niderlanla üz-üzə gələcək. Bu matç isə 22:20-də başlayacaq.

 

Qeyd edək ki, Dünya Kubokuna iyunun 7-də yekun vurulacaq.