Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, B qrupunda yer alan yığmamız ilk olaraq Kanada və meydan sahibləri ilə üz-üzə gələcək.
İlk görüş saat 13:20-də, Kanada ilə matç isə saat 16:05-də start götürəcək. Sabah isə qızlarımız İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.