Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Yuventus" 37 yaşlı mərkəz hücumçusunun xidmətində maraqlıdır. Turin klubunun idman direktoru Damien Komolli artıq bu məsələ ilə bağlı addımlar atmağa hazırlaşır. 

 

"Yuventus"u narahat edən məsələ futbolçunun maaşıdır. Levandovski "Barselona" ilə hazırkı müqaviləsinə əsasən ildə 13 milyon avro qazanır. Turin klubu transferi reallaşdırmaq üçün polyakı məvacibinin azaldılmasına razı salmalıdır.

 

Qeyd edək ki, Levandovskinin "Barselona" ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır və bundan sonra o, azad agent olacaq.