Mövsümün sonunda "Neftçi"dən ayrılacağı dəqiqləşən ilk futbolçu bəlli olub. Sport24.az bu barədə Bakı təmsilçisinə yaxın olan mənbədən məlumat əldə edib.
"Ağ-qaralar" rumıniyalı oyunçu Kristian Kostinlə yolla davam etmək niyyətindədir deyil. Cinah müdafiəçisi cari mövsüm cəmi beş matçda (287 dəqiqə) meydanda olub.
27 yaşlı futbolçu Yuri Vernidubun da etimadını qazana bilməyib. Ukraynalı mütəxəssis baş məşqçi təyin olunan vaxt iki matçda Kostinə start heyətində şans verib. O, dekabrın 15-də "Sumqayıt"la (2:2) görüşdə 82, beş gün sonra "Karvan-Yevlax"la qarşılaşmada (2:1) 46 dəqiqə meydanda olub. Vernidub bu oyunlardan sonra Kristini yalnız ehtiyat oyunçular skamyasında əyləşdirib.
Futbolçu 2025-ci ilin iyulunda "Neftçi" ilə "1+1" şərti ilə müqavilə imzalamışdı. Bu isə o deməkdir ki, onun sözləşməsindəki bənd aktiv olmayacaq.