"Yuventus" "Az Alkmar"ın gənclər komandasının hücumçusu Bendeguz Kovaçın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 18 yaşlı futbolçu ilə Turin təmsilçisindən başqa "Borussiya", "Aston Villa" və "Sportinq" kimi klublar da maraqlanır.
Qeyd edək ki, Bendeguz Kovaç bu mövsüm Erste Diviziya 2-də "Az Alkmar"ın gənclər klubunun heyətində 11 rəsmi matçda 10 qol vurub və 1 məhsuldar ötürmə illə yadda qalıb.