"Liverpul"un İdarə Heyəti baş məşqçi Arne Slotu tam dəstəkləyir. Sport24.az "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızılar"ın rəhbərliyi niderlandlı mütəxəssisin vəziyyəti dəyişə biləcəyinə inanır.
Mənbənin sözlərinə görə, "Liverpul"da düşünürlər ki, hazırda Slotu əvəzləyə biləcək işsiz məşqçi yoxdu. 47 yaşlı mütəxəssisin də işindən məmnun olduğu vurğulanır.
Qeyd edək ki, Slot 2024-cü ilin yayından bəri "Liverpul"a rəhbərlik edir. 29 turdan sonra aktivində 48 xal olan "qırmızılar" turnir cədvəlində altıncı yerdədir.