"İlk hissədə rəqibin sıx müdafiə olunmasına görə hücumlarımız kəsərsiz alınırdı. "Şimal" əvvəlki kimi deyil, heyətlərini gücləndiriblər. Komanda olaraq daha yaxşı futbol oynamağa başlayıblar". Bu sözləri Sport24.az-a açıqlamasında "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Gənc mütəxəssis komandasının Birinci Liqanın 18-ci turu çərçivəsində baş tutan "Şimal"la matçı şərh eib:

"Son iki turda 7 qol vurub qələbə qazanmaqları təsadüfi deyil. Qarşılaşma istədiyimiz kimi alınmırdı. Birinci hissədə 3-4 yüz faizlik qol epizodlarımız oldu, dəyərləndirə bilmədik. İkinci yarıya daha aqressiv başladıq artırdıq və bunun da nəticəsi olaraq hesabı aça bildik. Hər dəfə yaxşı oynamaq olmur. Əsas odur ki, 3 xalı aktivimizə yazdırdıq. Sonuncu dövrə başlayıb. Qarşıda ağır oyunlarımız var. Bunun üçün psixoloji və fiziki cəhətdən hazır olmalıyıq. Düşünürəm ki, belə davam edəcəyimiz təqdirdə çempion ola bilərik".

Qeyd edək ki, "Şimal" - "Şəfa" matçı qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.