"Los Anceles Leykers"in ulduzu Lebron Ceyms NBA-dayeni mövsümdə 23 nömrəli forma ilə çıxış edəcək. Sport24.az xəbər verir ki, bu barədə ulduz basketbolçunun meneceri açıqlama verib.

Bildirib ki, son mövsümü 6 nömrəli forma ilə başa vuran Ceyms yeni mövsümdən 23 nömrəli formanı geyinəcək. Ceymsin bu addımı atmasına səbəb əfsanə basketbolçulardan olan və 88 yaşında vəfat edən Bill Russellə görə verdiyi açıqlanıb. Russelin vəfatından sonra NBA 6 nömrəli formanın təqaüdə çıxdığını bildirmişdi.