MBA-nın əfsanəvi oyunçularından olan Mecik Conson bu mövsüm çempionatda klubların çempionluq şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, Liqa tarixinin ən çox assist edən keçmiş basketbolçu favorit komandalarının adını çəkib: “Bu mövsüm MBA finalında hansı komandalar qarşılaşacaq? Hər şey Kevin Dürantla Kayri İrvinqin “Bruklin”dən gedişindən sonra dəyişdi. Mən Şərqdə “Boston”, “Miluoki” və “Bruklin”ə top-komanda gözü ilə baxırdım. İndi “Bruklin” bu siyahıya daxil deyil. Bu komandanın yerinə “Filadelfiya”nın adını çəkərdim. Qərb konfransında isə ən güclü “Denver”dir.”Memfis”də də hər şey qaydasındadır. “Finiks”in də finala çıxmaq şansı var. Amma Dürantın gəlişindən sonra bu komandada hər şeydən öncə anlaşma problemi həll olunmalıdır”.