MBA-nin sabiq ulduzlarından olan Treysi Makqreydi hazırda liqada oynamağa layiq olmayan basketbolçuların top qovduğunu iddia edib. Sport24.az xəbər verir ki, Şərəf Zalına daxil olan sabiq basketbolçu onların liqada qalmasq səbəblərindən danışarkən bunları söyləyib: “MBA-da bəzi oyunçular var ki, kimlərləsə şəxsi əlaqələsinə görə görə meydana çıxır. Bu oyunçular belə bir imkan əldə etdiklərinə görə hər gün Tanrıya şükr etməlidir. Həqiqətən də, bəxtləri gətirib”.
Məsələ ondadır ki, bu sözləri təkcə Makqreydi iddia etmir. “Los Anceles Leykers”in lideri Lebron Ceyms də hazırda 18 yaşlı oğlu Bronnin liqada top qovan bir çox oyunçulardan daha yaxşı oynadığını söyləyib. Ötən illərin əfsanəvi basketbolçusu Şakil O`Nil isə daha sərt danışıb: “Bu liqada avaraların sayı çoxdur. Onlar sadəcə başqalarının pullarını oğurlayır”.