MBA əfsanələrindən olan Çarlz Barkli bu yaxınlarda sabiq basketbolçu Kendrik Perkins irqçilik mövzusu ilə bağlı qalmaqallı açıqlamasına münasibət bildirib. Sport24.az xəbər verir ki, o, Perkinsin “MBA-da ağdərili oyunçular ağdərili insanların səsini alaraq MVP mükafatını qazanır” sözü ilə razılaşmadığını söyləyib: “Bu fikri səsləndirmək ağılsızlıq və axmaqlıqdır. Nikola Yokiç iki dəfə liqanın ən dəyərli oyunçusu mükafatını qazanıb. Çünki buna layiq idi. Hazırda da Yokiç Yannis Adentokumbo və Coel Embiidlə birgə titul uğrunda mübarizə aparır. Ağdərililərin ağdərililərə səs verməsi... Siz indiyə qədər MVP mükafatına sahib çıxan oyunçuları saysanız, 5 barmaq sizə kifayət edər. Çünki sayları azdır. Ümumiyyətlə, Perkisns səsvermədə iştirak edən ağdərililəri tanıyır? Son 30 ildə cəmi 5 dəfə ağdərili bu mükafatı qazanıb. Bu indiyə qədər eşitdiyim ən absurd fikirdi".