Ötən illərin əfsanəvi basketbolçusu Maykl Cordan sahibi olduğu “Şarlott Hornets”in səhmlərinin çox hissəsini satmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, "Çikaqo”nun sabiq basketbolçusu artın ona sahib çıxmaq istəyən klubun digər sərmayədarları Qeyb Plotkin və Rik Şnellə danışıqlara başlayıb.

Xatırladaq ki, Cordan 2006-cı ildə “Hornets”in səhmlərinin bir hissəsini alıb, 2009-cu ildən isə klubun tam sahibinə çevrilib. O, Şimali Karolina klubuna rəhbərlik etmək üçün 275 milyon dollar xərcləyib. 2006-cı ildən bəri “Şarlott” 3 dəfə pley-offa çıxıb, amma heç vaxt seriyada qalib gələ bilməyib.