"Şəki" basketbol komandasının üzvləri bu gün ölkəmizdə keçirilən Zəfər Günü ilə bağlı kütləvi tədbirdə iştirak edib. Klubun mətbuat xidmətindən Sport24.az-a verilən məlumata görə, komandanın nigeriyalı baş məşqçisi Aleksander Uco, əcnəbi oyunçular – Adebayo Oduleye, Dimersiya Duanqa, Solomon Arosanyin və Pol Dibal Şəkidə keçirilən Zəfər bayramını yerli əhali ilə keçirib.

Onlar Vətən Müharibəsi qaziləri ilə bu bayramı qeyd ediblər.