Hazırda MBA-nın ən yaxşı oyunçusu kimi dəyərləndirlən Nikola Yokiç ötən mövsüm olduğu kimi bu il də liqanın ən dəyərli oyunçusu mükafatını qazanmağa namizəddi. Sport24.az xəbər verir ki, artıq “Denver”in serbiyalı ulduzu liqanın canlı əfsanəsi Lebron Ceymslə müqayisə olunur.

Özü də bu müqayisəni “Denver”in baş məşqçis Mayk Meloun aparır: “Ceymslə Yokiç arasında müqayisə aparanda insanlar mənim dəli olduğumu düşünür. Hər iki oyunçunu çalışdırdığıma görə onların oxşar və fərqli cəhətləri haqda fikir yürüdə bilərəm. Lebronun çıxış etdiyi komandada 5 il assisent kimi çalışmışam. Ceymslə Yokiçi basketbol intellekti birləşdirir".

Melounun fikrincə, onların hər ikisi oyunu yaxşı oxuyur, meydanda baş verəcək hadisələri əvvəlcədən görürlər: "Həm də ki bu iki oyunçu öz komanda yoldaşlarını xoşbəxt edə bilirlər. Sadəcə, fərqləri ondadır ki, biri atletik bədən quruluşuna malikdir, digəri isə belə deyil”.