Fevralın 8-də MBA-da məhsuldarlıq göstəricisinə görə Kərim Əbdül-Cabbarın nəticəsini yeniləyən Lebron Ceyms əfsanənin daha bir rekordunu qırıb. Sport24.az xəbər verir ki,  “Los Anceles Leykers”in lideri karyerasında 19-cu dəfə “All Star” matçına çıxıb.

Bununla da 38 yaşlı amerikalı basketbolçu ən çox “All Star” görüşünə çıxan oyunçu kimi liqa tarixinə düşüb.

Maraqlıdır ki, bu göstəricidə Ceyms və Əbdül-Cabbar kimi 3-cü pillədə də “Leykers” əfsanəsi qərarlaşıb. 3 il əvvəl helikopter qəzasında həlak olan Kobi Brayant indiyə qədər 15 dəfə ulduzların şousuna dəvət alıb. Brayantla yanaşı, Tim Dankan da 15 dəfə “All Star” forması geyinib.